8 min əvvələ aid yaşayış məntəqəsinin qalıqları tapılıb
Maraqlı 1 Noyabr 2018 23:10 114 dəfə oxunub
8 min əvvələ aid yaşayış məntəqəsinin qalıqları tapılıb
Həmin ərazidə arxeoloji işlər 2014-cü ildən aparılır

Çinin Daxili Monqolustan Muxtar Rayonu ərazisində 8400-7800 il əvvələ aid olduğu güman edilən kəndin 16 evinin qalıqları tapılıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, arxeoloqlar paleolit və neolit dövrlərinin ortasında mövcud olan Yumin mədəniyyətinə aid elementlərin olduğu ev qalıqlarını Simaqou xarabalıqlarında aşkara çıxarıblar. Həmin ərazidə arxeoloji işlər 2014-cü ildən aparılır. Burada müxtəlif ölçülərdə olan evlərin qalıqları ilə yanaşı, daşdan, sümükdən və gildən hazırlanan alətlər də daxil olmaqla 500-dən çox müxtəlif əşyalar tapılıb. Arxeoloqlar evlərin içində tapılan heyvan sümüklərinə istinad edərək, həmin ərzində yaşayanların ovçuluq və yığıcılıqla məşğul olduqlarını güman edirlər.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh