Bu məktəbin qarşısında dörd şagirdi avtomobil vurub: "Sürücülər piyada zolağına məhəl qoymur" - VİDEO
Avtosfer TV 1 Noyabr 2018 21:01 118 dəfə oxunub
Bu məktəbin qarşısında dörd şagirdi avtomobil vurub: "Sürücülər piyada zolağına məhəl qoymur" - VİDEO
“Əraziyə baxış keçiriləcək və problemin qarşısını almaq üçün zəruri tədbirlər görüləcək”

Bakıda dərsdən çıxan zaman 9-cu sinif şagirdini avtomobil vurub. Avtosfer.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində yerləşən 179 nömrəli tam orta məktəbin qarşısında baş verib. 9-cu sinif şagirdi Məftunə Əlizadə məktəbdən çıxıb yolu keçmək istəyən zaman hərəkətdə olan minik avtomobili onu vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, Məftunə Əlizadəyə sağ topuq nahiyəsinin əzilməsi diaqnozu qoyulub və xəstəyə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hadisə baş verən ərazidə çəkiliş apardığımız zaman övladlarını məktəbə gətirən valideynlər bildirdilər ki, dərs mövsümü açılandan bu vaxta qədər məktəbin qarşısındakı yolda ümumilikdə 4 şagirdin vurulması ilə nəticələnə yol nəqliyyat hadisəsi baş verib. Valideyinlərin sözlərinə görə, bu cür hadisələrin baş verməsinə səbəb isə yolda piyada zolağının olmasına baxmayaraq sürücülərin buna məhəl qoymaması və avtomobili sürətlə idarə etmələridir. Vətəndaşlar belə hadisələrin baş verməməsi üçün yolda aidiyyəti qurumlar tərəfindən tədbirlər görülməsini istəyirlər. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev bildirdi ki, əraziyə baxış keçiriləcək və problemin qarşısını almaq üçün zəruri tədbirlər görüləcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh