Bakıda yol polisi ər-arvadı sərxoş yaxaladı - VİDEO

Yol polisi 6 Fevral 2015 02:46 Oxunub 4194
Bakıda yol polisi ər-arvadı sərxoş yaxaladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi reyd keçirdi; xeyli qayda pozan sürücü aşkar edilib

Paytaxt yollarında baş verən kobud qayda pozuntularının qarşısını almaq məqsədilə yol polisi növbəti gecə reydini keçirib. Budəfəki reyd Baş Dövlət Yol Polisi idarəsinin ekoloji nəzarət postunda həyata keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədi ilə sərxoş sürücülərə qarşı keçirilən reyd zamanı xeyli qayda pozan sürücü aşkar edilib.

Sənədlərinin yoxlanılması üçün saxlanılan minik maşının xanım sürücüsünün sərxoş olduğu aşkarlanıb. Onun nəinki sürücülük vəsiqəsi, heç idarə etdiyi avtomobilə aid sənədi də yox idi. Onun həyat yoldaşı kimi təqdim etdiyi şəxsin özünün də sərxoş olduğu məlum olub. Onlar əvvəlcə polisə tabe olmaq istəməyib.. amma sonra özləri ilə yanaşı digər sürücü və ya piyadaların da həyatını təhlükəyə atan qadın sürücü spirtli içki qəbul etdiyini etraf etib.

Ər-arvad olan hər iki şəxs yol polisi tərəfindən tibbi müayinədən keçrilməyə, avtomobilləri isə cərimə meydançasına aparılıb.

Postunun bütün gecə növbəsinin qatıldığı reyd zamanı ''Niva'' maraklı minik maşınının sürücüsü avtomobilə kanstruksiaya dəyşikliyi etdiyi üçün saxlanılıb. Həmin sürücü barəsində də protokol yazılaraq avtomobili cərimə meydançasına aparılıb. Gecə boyu davam edən reyd zamanı avtomobili pərdə ildə idarə edən sürücü də aşkar edilib. Baxmayaraq ki, yol polisi 2 ay yarıma yaxındır ki, sürücülərə avtomobili pərdə ilə idarə etməyin qadağan edildiyini bəyan edib. Yollarda təhlükəsizliyi təmin etmək məqsədi ilə bu cür gecə reydləri xüsusən də sərxoş sürücülərə qarşı mütəmadi davam edəcək.

 

 

Xəzərxəbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh