Avtobusa çanaq anteni ilə daxil olan şəxs sürücü ilə dalaşdı: Kim haqlıdır? - VİDEO
Qaydalar 1 Noyabr 2018 21:32 143 dəfə oxunub
Avtobusa çanaq anteni ilə daxil olan şəxs sürücü ilə dalaşdı: Kim haqlıdır? - VİDEO
Bu formada yüklərin daşınması qanunvericiliyə ziddir

Bakıda bir sərnişinin avtobusa çanaq antenası ilə daxil olması mübahisələrə səbəb olub. Avtosfer.az-ın məlumatına görə, sürücü sərnişinin özü ilə avtobusa gətirdiyi yükün normalara uyğun olmadığını əsas gətirərək ondan avtobusdan düşməsini tələb edib. Sərnişin isə artıq gedişhaqqını ödədiyini deyib və avtobusdan düşməyib. Sürücünün sərnişin düşənə qədər hərəkət etməyəcəyini bildirməsi isə avtobusdakı digər sərnişinlərin narazılığına səbəb olub. Bu mübahisə "İctimai nəqliyyatda hansı yükləri daşımaq olar" sualını gündəmə gətirib. "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan respublikası Nazirlər Kabinetinin qərarına əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə eni 60, uzunluğu 40 və hündürlüyü 20 sm-dək olan və çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını daşıma haqqı ödənilmədən aparmaq hüququna malikdir. Qaydalara uyğun olmayan yüklərin daşınmasına görə isə sərnişin cərimə oluna bilər. Videodakı çanaq antenasına gəldikdə isə, ekspert Azər Allahverənov deyib ki, bu formada yüklərin daşınması qanunvericiliyə ziddir. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirdilər ki, sərnişinlərə narahatlıq yaradan, mümkün sərt manevr zamanı şəxsin özünün və digər sərnişinlərin xəsarət almasına səbəb olacaq əşyaların daşınması qadağandır. Sürücü bu cür əşyalarla avtobusa daxil olan şərnişinə etirazını bildirməli və ondan avtobusu tərk etməsini tələb etməlidir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh