Vergilər Nazirliyi yol polisinə aid təsirli video yaydı - Hamilə qadın, doğum evi...- VİDEO

Yol polisi 5 Noyabr 2018 01:33 Oxunub 2924
Vergilər Nazirliyi yol polisinə aid təsirli video yaydı - Hamilə qadın, doğum evi...- VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hər birimizin üzərinə düşən vəzifə var: layiqli vətəndaş olmaq”

Vergilər Nazirliyi yol polisinin fəaliyyətinə həsr edilmiş videoçarx yayıb. Avtosfer.az xəbər verir ki, video nazirliyin facebook səhifəsində yayılıb və qısa müddətdə izləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Videonu 120 nəfər paylaşıb. Yazılan şərhlərdən aydın olur ki, izləyicilərin bəzisi məsələnin mahiyyətini anlaya bilməsə də, əksəriyyət bu cür çarxların çəkilməsini müsbət dəyərləndirir.
Nazirlik videoya belə bir izah verib: “Dövlətin büdcəsi ödənilən vergilərdən formalaşır. Hər birimizin üzərinə düşən vəzifə var: layiqli vətəndaş olmaq. Qayğıkeş dövlət naminə.
Bu artıq eyni silsilədən ikinci çarxdır. Birinci çarx ötən ay paylaşılıb və yanğından mühafizə xidmətinin fəaliyyəti ilə bağlı olub. Məlumat üçün deyək ki, ölkədə asayişi təmin edən hüquq-mühafizə orqanlarının, dövlətin sərhədlərini müdafiə edən ordunun, hüquqi dövlət quruculuğunun əsası olan məhkəmələrin fəaliyyəti, iqtisadi investisiyaların, infrastruktur layihələrinin böyük hissəsi – yolların, körpülərin, limanların tikintisi, dəmiryolu xətlərinin çəkilişi – dövlət büdcəsindən maliyyələşdiyindən, birbaşa vergi ödəmələrindən asılır.
Bundan başqa, dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə, sosial təminat, mədəniyyət, incəsənət, bədən tərbiyəsi xərcləri üçün vəsait nəzərdə tutulur. Yəni vergilərin ödənilməsi iqtisadi inkişafa və sosial rifahın yaxşılaşdırılmasına, dövlətin qüdrətlənməsinə xidmət edir. Çarxların məqsədi məhz bunu ifadə etməkdir”.

Avtosfer.az həmin videonu təqdim edir:

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh