“Volqa” sürənlər Qubaya yürüş etdi – 300 maşın bir arada - VİDEO
Avtosfer TV 3 Noyabr 2018 13:49 602 dəfə oxunub
“Volqa” sürənlər Qubaya yürüş etdi – 300 maşın bir arada - VİDEO
“Volqa” həvəskarları Azərbaycanda klub yaradıb

Azərbaycanda “Volqa” minik maşını idarə edənlər 300 nəfərlik qrup şəklində bir araya gəlib. Bir-birindən səliqəli və baxımlı avtomobillərin qatıldığı karvan şimal bölgəsinə doğru hərəkət edib. Avtosfer.az-a bu barədə “Volqa Klub Azərbaycan” klubunun admini məlumat verib. Bildirib ki, facebook və İnstagram səhifələri vasitəsilə “Volqa” sevənləri bir yerə toplayıblar. “İlk görüşümüzdə Qubaya səfər etdik və çox məmnun qaldıq. Məqsədimiz Azərbaycanda “Volqa” idarə edənləri bir araya toplamaqdır. Bizlər Qubanın Qəçrəş və Xınalıq kəndlərinə səfər etdik və orada yaşayan insanlarda maraq oyandı, bizimlə şəkil çəkdirdilər, hal-əhval tutdular. Orada Quba sənətkarlarının əl işlərinin yüksək texniki və bədii xüsusiyyətləri ilə tanış olduq”.

 

Fərid

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh
Heydər | 4 Noyabr 2018 08:35
Əlaaa superrr bəyənilsin