“KIA Optima” ilə dayanmadan qayda pozan sürücü - Cərimələndi - 90 CL 445 - VİDEO

Avtoreyd 5 Noyabr 2018 12:07 Oxunub 3530
“KIA Optima” ilə dayanmadan qayda pozan sürücü - Cərimələndi - 90 CL 445 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadalara keçiddə yol vermir, az qalır onları vursun, qarşı yola da çıxır

Paytaxtda kobud qaydalar pozan sürücü kameraya düşüb. Görüntüləri oxuculardan biri Avtosfer.az saytına göndərib. Oktyabrın 6-da, saat 14:26 radələrində 90 CL 445 nömrə nişanlı “KIA Optima” markalı avtomobilin sürücüsü əvvəlcə sola dönərkən yolu keçməkdə olan piyadalara yol vermir, daha sonra isə növbəti yol ayrıcında 1.1 nişanlanma xəttinin tələbini pozur və piyada zolağında piyadalar yolu  keçən zaman ötmə əməliyyatı edir. Xoşbəxtlikdən ağır faciə baş vermir.
Hər bir sürücünün həm özü, həm də yaxınları piyada qismində yollarda hərəkət edir. Başqalarının taleyinə necə biganə yanaşmaq olar? Sizin tələsib çatmaq istədiyiniz yer insanların həyatından daha vacib deyil axı.
Ümid edirik ki, DYP rəsmiləri bu sürücünün tapılıb ayrı-ayrı zamanda pozulmuş hər iki qayda pozuntusu üçün protokol tərtib olunmasını təmin edəcəklər.

***

Bakı şəhər DYP İdarəsindən Avtosfer.az-a bildirilib ki, bu gün həmin sürücü aşkar olunub və idarəyə dəvət edilib. Onun barəsində 4 bal, 100 manat cərimə protokolu tərtib edilib.

 

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh