Maşına əlil nişanı yapışdırıb “dəlicəsinə” sürür - 50 DB 726 - VİDEO
Avtoreyd 4 Noyabr 2018 10:22 183 dəfə oxunub
Maşına əlil nişanı yapışdırıb “dəlicəsinə” sürür - 50 DB 726 - VİDEO
Hər an ağır faciələrə səbəb ola biləcək şəkildə avtomobil idarə edir

Hər gün sosial şəbəkələrdə, mediada qayda pozan sürücülərin videoları paylaşılıb qınanılsa da, bəzi sürücülər elə bil həm məsuliyyət, həm də utanmaq hissini tamam unudublar. Əks təqdirdə bu videogörüntüdəki sürücü kimi ağlasığmaz avtomobil idarə etməzlər.
Sosial şəbəkələrdə paylaşılan videogörüntüdən də görünür ki, noyabrın 2-də, saat 09:04 radələrində Alatava qəsəbəsində “VAZ-2106” markalı, 50 DB 726 dövlət nömrə nişanlı avtomobilin sürücüsü bir gediş və bir gəliş üçün nəzərdə tutulan yolda əks yola çıxaraq hər an ağır faciələrə səbəb ola biləcək şəkildə avtomobil idarə edir. Sovet istehsalı olan və heç bir təhlükəsizlik normalarına cavab verməyən bu avtomobili bu cür idarə etməyin bir adı var. "Ölüb-öldürməyə tələsmək. Maraqlısı budur ki,sürücünün avtomobilində fiziki məhdudiyyətli sürücülər üçün nəzərdə tutulmuş nişan var. Həmin sürücünün həqiqətən də fiziki məhdudiyyətli olub-olmamasının deyə bilmərik, amma psixoloji vəziyyətinin sual altında olması dəqiqdir.
Avtsofer.az görüntüləri sizə təqdim edir.

Kənan Dalğa

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh