Sabah 17 dərəcə isti olacaq - PROQNOZ

Avtoxəbər 6 Fevral 2015 13:38 Oxunub 1396
Sabah 17 dərəcə isti olacaq - PROQNOZ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir

Bakıda və Abşeron yarımadasında fevralın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi axşama doğru şimal küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir. Azərbaycaın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Dağlıq ərazilərdə arabir güclənən cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5  şaxta, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh