Dizellə işləyən avtomobillər ucuzlaşa bilər - VİDEO
Avtoxəbər 4 Noyabr 2018 20:15 301 dəfə oxunub
Dizellə işləyən avtomobillər ucuzlaşa bilər - VİDEO
Qadağanın əsas səbəbi maşınların ətraf mühiti daha çox çirkləndirməsidir

Almaniyada dizellə işləyən avtomobillərin qadağan edilməsi gündəmdir. Artıq bəzi şəhərlərdə Ali Məhkəmənin qərarı ilə bu qadağanın tətbiq edildiyi bildirilir. Avtosfer.az-ın məlumatına görə, Avropanın ən böyük avtomobil bazarı sayılan Almaniyada tətbiq edicələcək bu yenilik isə dizellə işləyən maşınları ucuzlaşdıracağı gözələnilir. Mütəxəssislər bu qadağanın ölkəmizdəki bazara da cuzi təsir edəcəyini bildirir. Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, Almaniyada bu qadağa tədricən həyata keçiriləcək. Ölkənin daxili bazarı üçün istehsal yığışdırılacaq, daha sonra həmin avtomobillər digərləri ilə əvəzlənəcək. Ehtimal var ki, bu qadağa Almaniyada dizellə işləyən maşınların qiymətini aşağı salacaq və nəticədə ucuz alınacaq maşın ölkəmizdə də daha aşağı qiyəmətə satılacaq. Qiymətin ucuzlaşmasından sonra ölkəmizdə dizellə işləyən avtomobillərə tələbin daha da artacağı gözlənilir. Qeyd edək ki, Almaniyada dizellə işləyən maşınlara qadağa qoyulmasının əsas səbəbi həmin maşınların ətraf mühiti daha çox çirkləndirməsidir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh