Karl Marks dairəsi yenidən açıldı - Hərəkət başqa cür təşkil olunub - FOTO

Avtoxəbər 5 Noyabr 2018 00:49 Oxunub 6758
Karl Marks dairəsi yenidən açıldı - Hərəkət başqa cür təşkil olunub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dairədə yeni yol nişanları qoyulub və hərəkət sxemində dəyişikliklər olunub

Bir müddət öncə bağlanan "Karl Marks" dairəsi yenidən açılaraq sürücülərin istifadəsinə verilib. Avtosfer.az xəbər verir ki, Azadlıq prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində olan "Karl Marks" kimi tanınan dairədə yeni yol nişanları qoyulub və hərəkət sxemində dəyişikliklər olunub. Belə ki, həmin dairə əsl dairə statusundan çıxaraq hərəkət başqa cür təşkil olunub. Həmin yerdə geriyə dönmək üçün yerlər ayrılaraq məlumatverici nişanlar da quraşdırılıb.
Qeyd etdiyimiz yoldan istifadə edən sürücülərdən yol nişanlarına diqqət etmələrini və yol hərəkəti qaydalarını pozmamalarını xahiş edirik.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh