Maşın bazarında qiymətlər “əl yandırır” - VİDEO
Avtobazar 5 Noyabr 2018 22:00 259 dəfə oxunub
Maşın bazarında qiymətlər “əl yandırır” - VİDEO
Son aylarda avtomobillərin qiymətində 1000-2000 manat arası artım müşahidə olunub

Bakının Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı”nda qiymətlər, necə deyərlər, od tutub yanır. Satışda istənilən markada avtomobil olsa da, alıcı tapılmır. Xüsusilə son aylarda avtomobillərin qiymətində 1000-2000 manat arası artım müşahidə olunub. Qiymət artımı ən çox “Mercedes” və “Hundai” markalı avtomobillərdə üstünlük təşkil edir. Bazardakı insanların, demək olar ki, 80 faizini təşkil edən satıcılar da vəziyyətdən məmnun deyillər. Bazara gələn tək-tük alıcılar isə qiymətlərin həddən artıq baha olmasından narazıdırlar. Avtosfer.az bakutv-yə istinadən maşın bazarında son vəziyyətlərlə bağlı reportajı təqdim edir:

ŞƏRH YAZ
Ad
E-mail
Şərh