Sumqayıt yolunda ölümə 180-200-lə gedən «avtoş»lar - VİDEO

Avtoxəbər 7 Fevral 2015 02:55 Oxunub 7414
Sumqayıt yolunda ölümə 180-200-lə gedən «avtoş»lar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar ölümlə rəqs edirlər; qəza qaçılmazdır və sağ çıxmaq şansı azdır

Avtoxuliqanlar ölümlə rəqs edirlər. Bu, reallıqdır, Qəza qaçılmazdır və sağ çıxmaq şansı azdır. Avtosfer.az-ın təqdim etdiyi bu video sosial şəbəkələrdə yayılıb. Videoların dəqiq nə vaxt çəkildiyi məlum olmasa da, bilinən budur ki, görüntüləri özləri çəkərək fəxrlə sosial şəbəkələrdə yayıblar. Hər iki kadrdan aydın olur ki, «VAZ-2107» və «Lada» markalı avtomobillər ayrı-ayrı vaxtlarda Bakı-Sumqayıt yolunda 180-200 km/saat sürətlə hərəkət ediblər. Hansı ki, həmin yolda maksimal sürət 110 km/saat göstərilib. Bu sürücülər isə sürət həddini aşaraq həm özlərinin, həm də digərlərinin həyatını təhlükəyə atırlar. Həmin avtomobillərdən birinin dövlət nömrə nişanı 27-BX-317-dir.

Məlum olduğu kimi, Bakı-Sumqayıt yolunda arakəsmələr dəmir tirlərdən ibarətdir. Bu yolda qəzaya uğrayan avtomobillərin əksəriyyəti həmin dəmir tirlərə çırpılır ki, nəticədə dəmir lövhələr avtomobilin bir başından girib o biri başından çıxır. Bu yolda məhz həmin dəmir tirlər avtomobili parça-parça edib. Üstəlik, bu dəmirlər avtomobildə olanların da bədəninin müxtəlif hissələrini kəsib doğrayıb. Əlbəttə, qəzanın ağırlıq dərəcəsi sürət həddinin təsirindən asılıdır. Sürət nə qədər yüksək olursa, qəza da bir o qədər ağır olur. Bu videonu fəxrlə çəkib yayan sürücülər yəqin ki, bir daha bu əməli təkrar etməzlər. O dəmir tirlər həmin yolda çoxlarının bağırsaqlarını çölə töküb, çoxlarının ayağını, qolunu doğrayıb şikəst qoyub. Bunları unutmaq olmaz!

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh