8 yeni polis sahə məntəqəsi tikilib

Yeniliklər 5 Noyabr 2018 20:14 Oxunub 1394
8 yeni polis sahə məntəqəsi tikilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni polis sahələri polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsində mühüm rol oynayacaq

Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində təhlükəsizliyin təmin edilməsi, ictimai qaydanın qorunması, baş verə biləcək cinayətlərin qarşısının vaxtında alınması üçün Xocalı rayon Polis şöbəsinin xidməti ərazisində 8 yeni polis sahə məntəqəsi inşa olunub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, yeni polis sahə məntəqələri əməkdaşların xidməti şəraitini yaxşılaşdırmaqla yanaşı, polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsində mühüm rol oynayacaq.  Belə ki, məntəqələr yaradılanadək sakinlər müraciətləri, şikayətləri olanda rayona getmək məcburiyyətində qalırdılar. Lakin indi ərizə və müraciətlərə sahə məntəqələrində baxılacaq.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh