"Bentley" yüksək sürətli avtomobil Wi-Fi sistemini təqdim edib

Avtodünya 6 Noyabr 2018 08:48 Oxunub 1240
"Bentley" yüksək sürətli avtomobil Wi-Fi sistemini təqdim edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Üç operatoru bir sürətli siqnalda birləşdirmək imkanına sahibdir

Siz Bentley sedanın arxa oturacağında əyləşərək evdən ofisə və ya ofisdən evə qayıdarkən işləməyi sevən insanlardansınız? O zaman, sizin üçün sevindirici xəbərimiz var. Bu günlərdə Bentley şirkəti avtomobil üçün ən sürətli, etibarlı və təhlükəsiz Wi-Fi sistemini təqdim edib. Yeni texnologiya gələn ildən başlayaraq bütün Bentley modellərində quraşdırılacaqdır.

Bentley Advanced Connectivity  Wi-Fi sistemi 110 km/saat sürətində arxa cərgənin sərnişinlərinə eyni zamanda bir neçə tətbiqdən istifadə etmək və yüksək keyfiyyətli videoya baxmaq imkanı verəcəkdir. İnternet  yolboyu əlçatan olacaqdır. Belə bir imkan Viasat telekommunikasiya şirkətinin dəstəyi sayəsində mümkün olubdur. Viasat şirkəti hazırda bütün dünya üzrə 14 milyon daxilolma nöqtəsinə malikdir.

Bundan başqa, Bentley eyni zamanda üç operatoru bir sürətli siqnalda birləşdirmək imkanına malik olan çoxkanallı virtual şəxsi şəbəkəsinə (VPN) də sahibdir. Avtomobilin baqaj bölümündə quraşdırılmış router birbaşa avtomobilin elektrik şəbəkəsindən qidalanır. (Autograph)

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh