Yolun ortasının "Bulvar" hesab edən piyada - VİDEO

Avtosfer TV 28 Noyabr 2018 19:36 Oxunub 1117
Yolun ortasının "Bulvar" hesab edən piyada - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin səs siqnalına belə əhəmiyyət etmir

Bəzən piyadalar elə düşünür ki, harda olmağından asılı olmayaraq avtomobillər onlara yol verməlidir. Bir çox hallarda isə özünü maşının qabağına ataraq "onsuz da dayanacaq" prinsipi ilə hərəhət edirlər. Lakin düşünmürlər ki, həmin an avtomobilin əyləc sistemi işləməyə, yaxud sürücü onları gec görə bilər. Bir çox hallarda isə piyadalar özlərini sanki parkda gəzirmiş kimi aparırlar. Elə təqdim edəcəyimiz videoda da analoji hal yaşanır. Sürücü səs siqnalı verir, xəbərdarlıq edir. Piyada isə sanki heç nə eşitmirmiş kimi yolun ortası ilə, əlləri cibində, arxayın şəkildə yeriyir. Düşünülə bilər ki, bəlkə də qulaq qüsurludur. Lakin bu cür insanlar adətən sağa-sola diqətlə baxırlar.

Avtosfer.az videonu təqdim edir.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh