Bakıda motosiklet qəzaları gecələr baş verir

Yol polisi 7 Fevral 2015 14:43 Oxunub 1662
Bakıda motosiklet qəzaları gecələr baş verir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötən il paytaxtda motosikletlərin iştirakı ilə baş verən qəzalarda 11 nəfər ölüb

"Bakı şəhərində motosikletlərin iştirakı ilə 2014-cü il ərzində ümumulikdə 19 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalar zamanı 11 nəfər dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb". Avtosfer.az xəbər verir ki, bu barədə "Reporta"a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, qəzalar zamanı ölən motosiklet sürücüsü və sərnişinlərinin əksəriyyəti təhlükəsizlik və yol hərəkəti qaydalarına riayət etməyən şəxslər olub: "Motosiklet idarə edərkən xüsusi baş geyimi olan kaska və paltarlardan istifadə edilməməsi ağır fəsadlarla yekunlaşır. Həmçinin iki nəfər üçün nəzərdə tutulan motosikletdə birdən-birə 3 nəfərin əyləşməsi də motosikletlərin iştirakı ilə qeydə alınan qəzalar ağır nəticələrə səbəb olur". 

V.Əsədov həmçinin bildirib ki, motosikletlərin iştirakı ilə baş verən qəzalar əsasən günün qaranlıq vaxtlarına təsadüf edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh