Bakı metrosunda yenilənmiş qatarlar - FOTO

Yeniliklər 6 Noyabr 2018 22:45 Oxunub 1133
Bakı metrosunda yenilənmiş qatarlar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sexdə daha 5 vaqon üzərində iş başlayıb

“Nərimanov” elektrik deposu ərazisində istifadəyə verilmiş vaqonların əsaslı təmiri sexində tamamilə yenilənmiş ilk qatar xəttə buraxılıb. “Bakı Metropoliteinin”in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sexdə qatarlar əsaslı şəkildə təmir olunub və həm də modernləşdirilib.  Nəticədə, qatarlar görkəmini tamamilə dəyişib, ən əsası, onların hərəkət təhlükəsizliyi artırılıb, texniki xarakteristikası xeyli yaxşılaşdırılıb, istismar və qulluq prosesi asanlaşıb, işçi əməyindən daha səmərəli istifadə etməyə şərait yaranıb. Modernləşdirmə işləri çərçivəsində idarəetmə sxemində edilən daha 10-dan artıq dəyişiklik nəticəsində qatarın hərəkətini təmin edən qovşaq və detalların sayı azaldılıb, funksionallığı artırılıb. Sexdə daha 5 vaqon üzərində iş başlayıb.





ŞƏRH YAZ
Ad

E-mail

Şərh