Bakı küçələrində sürücülərə və piyadalara brilliant paylayanacaq

Avtoxəbər 7 Fevral 2015 22:53 Oxunub 2832
Bakı küçələrində sürücülərə və piyadalara brilliant paylayanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gənclər Təşkilatı "Brilliant həyatınızı xilas edəcək" layihəsinə start verir

ADDIM Gənclər Təşkilatı 10 000 nəfərə brilliant paylayacaq. Təşkilatın sədri Hüseyn Cavadzadənin verdiyi məlumata görə, Azərbaycanda ikinci dəfə sürücülərin və piyadaların yol təhlükəsizliyindən bəhs edən "Azerbaijan Road Safety Week 2015" çərçivəsində "Brilliant həyatınızı xilas edəcək" layihəsinə start verilir. 

Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi, Norveç Krallığının Azərbaycandakı rəsmi səfirliyi, Azərbaycan Respublikası Prezidenti yanında vətəndaşlara xidmət və Sosial İnnnovasiyalar üzrə Dövlət Agentliyi və AvtoFM-in dəstəyi ilə keçiriləcək layihə fevral ayının son həftəsində gerçəkləşəcək. Layihə çərçivəsində təhlükəsizlik həftəsində sürücü və piyadalara məxsusi olaraq layihə üçün norveçdə hazırlanmış işıq reflektorları paylanacaq. Müxtəlif aksesuarlar formasında hazırlanan reflektorlar brilliant üslubunda dizayn olunub. Bundan başqa layihənin yekunu olaraq gənc modelyerlərin müsabiqə çərçivəsində hazırladıqları Road Safety Fashion Şousu və musiqili prooqram hazırlanacaq. Layihədə ADDIMçı gənclərlə bərabər ulduzların da könüllü kimi cəlb olunması nəzərdə tutulub.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh