Avtomobil oğruları saxlanılıb: Arzuları maşın sürmək imiş - VİDEO

Qaydalar 6 Noyabr 2018 21:15 Oxunub 1513
Avtomobil oğruları saxlanılıb: Arzuları maşın sürmək imiş - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı şamaxı rayon polis şöbəsində araşdırma aparılır

Noyabrın 5-də Şamaxı rayonu Şəhriyar qəsəbə sakini Elşad Mehraliyev Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək bir gün əvvəl ona məxsus “VAZ-2106” markalı avtomobilinin qaçırıldığı barədə məlumat verib. Məlumat müvafiq tədbir görülməsi məqsədilə aidiyyatı üzrə Şamaxı Rayon Polis Şöbəsinə göndərilib. DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış  tədbirlər nəticəsində avtomobili qaçırmaqda şübhəlilərinE.Mehralıyevin həmyerliləri, Şəhriyar qəsəbəsinin sakinləri-əvvəllər məhkum olunmuş Məhəmməd Quliyev və Şəhruz Eyvazzadə olduğu müəyyən edilib. Görülən tədbirlərlə hər iki şəxs saxlanılıb və onlar törətdikləri cinayəti etiraf ediblər.
Faktla bağlı Şamaxı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. 

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh