Vətəndaşlar yol polisinin şəklini çəkib nazirliyə göndərdi – FOTO-VİDEO

Yol polisi 7 Noyabr 2018 02:12 Oxunub 4165
Vətəndaşlar yol polisinin şəklini çəkib nazirliyə göndərdi – FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəmiyyətdə polisə qarşı münasibət dəyişir, ictimai fikir müsbətdir

Son illər cəmiyyətdə Azərbaycan polisinə qarşı münasibət müsbətə doğru dəyişməkdədir. Əvvəllər polisin ancaq mənfi görüntülərini sosial mediada yayırdılarsa bu gün artıq yaxşı əməlləri də çəkib ictimailəşdirirlər. Belə vətəndaşların sayı get-gedə artır. Artıq bu cür foto və videoları həm də Daxili İşləri Nazirliyinə “təşəkkür məktubu” formasında, eləcə də nazirliyin İnstagram və facebook səhifələrinə “nümunəvi davranış” adıyla göndərirlər. DİN-nin sosial mediadakı fəaliyyəti vətəndaşlar tərəfindən təqdir olunur. Burada onların sualları cavablandırılır, problemlər həllini tapır, istiqamət verilir. Nazirliyinin İnstagram səhifəsinə göndərilən son video və fotolar yol polisinin fəaliyyəti ilə bağlı olub. Avtosfer.az xəbər verir ki, həmin görüntülərdə yol polisləri yaşlı insanlara yolu keçməkdə kömək edir, maşında nasazlıq yarandığı üçün yolda qalan sürücüləri darda qoymurlar. Həm maşını itələyib yoldan kənara çıxarlar, həm də işə salmağa yardım edirlər.
Bu görüntülər izləyicilər tərəfindən də maraqla izlənilir. Bunu həmin görüntülərə yazılan şərhlərdən də görmək mümkündür.
Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Mehman 7 Noyabr 2018 05:57
Salam.men rusiyadan avtomobil getirmey istiyirem gomruk rusumu kalkulyatorna baxiram rusiya istehsali olan masina muherrikin isci hecmine gore tutulan gomruk rusumu 0 manat .ama aksiz vergiden tutmuw hamsinin pulu hesablanir.Bu haqda bilirsizse yazin