“Land Gruiser”də narkotik daşıyan sərnişin və sürücü tutuldu – - FOTO

Avtosfer Foto 7 Noyabr 2018 14:55 Oxunub 1323
“Land Gruiser”də narkotik daşıyan sərnişin və sürücü tutuldu –  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İrandan Azərbaycana satmaq üçün heroin gətirən şəxs saxlanılıb

Daxili işlər orqanları tərəfindən yüksək psixotrop təsirə malik narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Lənkəran rayon sakini İsmət Babayevin idarə etdiyi “Toyota” markalı avtomobil xüsusi nəzarət qaydasında Sumqayıt şəhəri ərazisində saxlanılıb.

Onun avtomobilində olan Masallı rayon sakini İltimas Əliyevin üzərinə baxış keçirilən zaman selofan torbaya bükülmüş içərisində 1 kiloqram 100 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı İ.Əliyevin həmin narkotik vasitəni Masallı rayonu ərazisində “Hacı” adlı İran vətəndaşından aldığı və İ.Babayevlə birlikdə satmaq məqsədi ilə Sumqayıt şəhərinə gətirdiyi müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh