NASA illər sonra etiraf etdi... - FOTO
Maraqlı 7 Noyabr 2018 22:25 59 dəfə oxunub
NASA illər sonra etiraf etdi... - FOTO
“Yadplanetlilər bu işin bir parçası deyil"

ABŞ Kosmik Agentliyi NASA 14 il əvvələ aid olan Genesis adlı kosmik gəminin fotolarını yayımlayıb. Avtosfer.az metbuat.az-a istinadən bildirir ki, NASA saytında fotonu "2004-cü il və yadplanetlilər bu işin bir parçası deyil"- yazaraq açıqlama verib. Açıqlamada Genesisin 2001-ci ildə günəşi araşdırmaq üçün istehsal edilmiş robot kosmik gəmisi olduğu və 2004-cü ildə radarlar və vertolyotlarla izlənildiyi, ancaq paraşütü açılmadığı üçün saatda təxminən 300 kilometr sürətlə yerə düşdüyü bildirilib. Genesis sayəsində günəşin quruluşu və günəş sisteminin fərqli bölgələrindəki element bölgüsü, milyardlarca il əvvəl günəş və planetlərin necə yarandığı haqqında məlumatlar əldə edildiyi açıqlanıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh