Qanunsuz sərnişin daşıyanlar cərimələndi: Sumqayıtda - VİDEO

Avtoreyd 7 Noyabr 2018 21:54 Oxunub 1759
Qanunsuz sərnişin daşıyanlar cərimələndi: Sumqayıtda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nizam–intizam yaratmaq və sərinişinlərin təhlükəsiz daşınmasını təmin etmək məqsədi daşıyır

Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində qanunsuz sərnişindaşıma ilə məşğul olanlara qarşı mübarizəni davam etdirir. Şöbədən Avtosfer.az a bildirilirb ki, gündəlik olaraq qanunsuz sərinişdaşıma ilə məşğul olanlara qarşı görülən tədbirlər nəticəsində yüzlərlə sürücü barəsində inzibati pratokol tərtib olunub. Lakin onlar hələ də bu işi davam etdirirlər və bəzən texniki cəhətdən nasaz olan nəqliyyat vasitəsinə, sənədləri qaydasında olmayan sürücülərə rast gəlinir.

Son iki gün ərzində Sumqayıt şəhər ərazisində keçirilən reydlərdə Sumqayıtdan Bakıya və əks istiqamətdə qanunsuz sərnişin daşıyan mikroavtobus sürücülərinə qarşı 20-dən artıq protokol tərtib olunub. Nəqliyyat vasitələri texniki cəhətdən nasaz olduğuna, sürücülərin sənədləri qaydasında olmadığına görə cərimə meydançasına aparılanlar da olub.

Yol Polisi Şöbəsindən onu da bildirirlər ki, tədbirlər davam etdiriləcək. Atılan bu addımlar  sərnişindaşıma sahəsində nəzarəti gücləndirmək, nizam–intizam yaratmaq və sərinişinlərin təhlükəsiz daşınmasını təmin etmək məqsədi daşıyır.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh