Bakıda qəza - Mərkəzi küçələrdə işıqforlar sıradan çıxdı - FOTOLAR
Avtosfer Foto 7 Noyabr 2018 23:51 173 dəfə oxunub
Bakıda qəza - Mərkəzi küçələrdə işıqforlar sıradan çıxdı - FOTOLAR
Svetofor dirəyi və idarəetmə qutusu zədələnib

Paytaxtın Bülbül və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, qəza nəticəsində svetofor dirəyi və idarəetmə qutusu zədələnib. “Bu səbəbdən də hazırda Səməd Vurğun küçəsi ilə Zərifə Əliyeva və Üzeyir Hacıbəyov küçələri ilə kəsişməsində, Bülbül prospektinin Neftçilər prospekti, Xəqani, Zərifə Əliyeva və Üzeyir Hacıbəyov küçələri ilə kəsişməsində, Səid Rüstəm və Ziya Bünyadov küçələrinin kəsişməsindəki svetoforların fəaliyyətində problem yaranıb. Hazırda svetoforların fəaliyyətinin bərpası üçün zəruri tədbirlər görülür”, - deyə M. Ağayev vurğulayıb.

 

Emin

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh