Sürücü led lampa yandıran yol polisinə irad tutdu - 99 YP 366 – VİDEO

Yol polisi 12 Noyabr 2018 15:50 Oxunub 3172
Sürücü led lampa yandıran yol polisinə irad tutdu - 99 YP 366 – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Led işıqlarla sürücülərə açıq-aşkar görmə məhdudiyyəti və təhlükə yaşadırlar

Sürücülərdən biri yol polisi əməkdaşlarına xidmət zamanı irad tutub və bunun videoregistratorla çəkilmiş görüntüsünü sosial şəbəkədə paylaşıb. Avtosfer.az xəbər verir ki, noyabrın 7-də, saat 19:54 radələrində 99 YP 366 dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan DYP əməkdaşları təhlükəsizlik adacığında dayanıb maşının həm duman işıqlarını, həm də yaxın işıqlarını qoşublar. Bu zaman Abdulvahab Salamzadə küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrindən birinin sürücüsü Cəfərov Rüstəm Əlismayıl oğlu YPX əməkdaşına dayanma-durma qaydalarına riayət etməyi və LED işıqların söndürülməsini təklif edib. Sürücü YPX əməkdaşına bunu qanunla izah edib. Rüstəm Cəfərov bildirib ki, Baş Dövlət Yol Polis İdarəsinin zavod istehsalı olmayan lampalara qarşı mübarizə apardığı bir zamanda YPX əməkdaşlarının bu lampalardan istifadəsi qanunazid hərəkətdir. Maraqlısı odur ki, sürücünün izahından sonra YPX inspektoru LED işıqlarını söndürməyib və nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmaqda davam edib.

Ümid edirik ki, xüsusən sutkanın qaranlıq vaxtı xidmət aparan DYP əməkdaşları bundan sonra belə hallara diqqətlə yanaşacaqlar. Sürücü R.Cəfərov isə bu məsələ ilə bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət ünvanlayıb.

 

Kənan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh