Parkinqdən çıxanda iki maşını vurub qaçdı: 10 NU 999 - VİDEO
Avtosfer TV 8 Noyabr 2018 09:14 406 dəfə oxunub
Parkinqdən çıxanda iki maşını vurub qaçdı: 10 NU 999 - VİDEO
Sürücünün təcrübəsiz olması görünür

Parkingdən çıxarkən iki avtomobili sürtərək zərər vuran, sonra da uzaqlaşan sürücü kameralara düşüb. Belə ki, "Gənclik Mall"-ın qarşısında, 10 NU 999 dövlət nömrə nişanlı, "Range Rover" markalı avtomobilin sürücüsü əvvəlcə geriyə hərəkət edərkən "Mercedes" markalı maşını vurur. Daha sonra isə digər avtomobilə toxunaraq yoluna davam edir. Sürücü xeyli uzaqlaşdıqdan sonra düşərək yalnız öz maşınına baxır. Digər vurduğu avtomobillər isə onu görünür maraqlandırmır.
Qeyd edək ki, sürücünün təcrübəsiz olması görünür. Lakin digər avtomobillər də parklanmanı normal qaydada etməyiblər. Çıxan maşınlar üçün çox dar yol saxlanılıb.

Orxan

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh