Qurum və agentliklərin avtomobillərinin sayı artırıldı

Gündəm 8 Noyabr 2018 09:47 Oxunub 769
Qurum və agentliklərin avtomobillərinin sayı artırıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb

Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında Nazirlər Kabinetinin qərarına dəyişikliklər edilib. Avtosfer.az-ın məlumatına görə, müvafiq qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara görə, mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi 3-dən 4-ə qaldırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh