160 nömrəli marşrut xəttinə yeni avtobuslar verildi - FOTO

Yeniliklər 8 Noyabr 2018 10:46 Oxunub 1428
160 nömrəli marşrut xəttinə yeni avtobuslar verildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BNA İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən

Paytaxtda 160 nömrəli marşrut xətti üzrə yeni avtobuslar xidmət göstərəcək. BNA-dan Avtosfer.az-a verilən məlumata görə, 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib. 10.11.2018 tarixindən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “Çinar-Trans” MMC tərəfindən yeni avtobuslarla xidmət göstəriləcək.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh