Gömrükçülərdən qaçmağa çalışan azərbaycanlı yanğın törətdi
Gündəm 8 Noyabr 2018 23:35 102 dəfə oxunub
Gömrükçülərdən qaçmağa çalışan azərbaycanlı yanğın törətdi
Azərbaycanlıya qarşı cinayət işi başlanılıb

Azərbaycanlı sürücü yük avtomobili vasitəsilə Rusiyanın Smolensk vilayətindən qadağan olunmuş almanı keçirməyə çalışıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Krasninsk rayonunda gömrükçülər “Volvo” markalı yük avtomobilini yoxlamağa çalışarkən sürücü maşını işə salıb və aradan çıxmaq istəyib. Bir müddət sonra yük avtomobili alovlanıb. Uzağa gedə bilməyəcəyini görən şəxs avtomobili saxlayıb və qaçmağa başlayıb. Bu zaman o, gömrükçülərin əlinə keçib. Avtomobilə baxış zamanı qadağan olunmuş alma aşkar edilib. Araşdırmalar zamanı həmin şəxsin Rusiyaya girişi qadağan edilmiş Azərbaycan vətəndaşı olduğu aydınlaşıb. O, sərhədçilərə təhvil verilib. Azərbaycanlıya qarşı cinayət işi başlanılıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh