İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Gündəm 8 Noyabr 2018 22:45 90 dəfə oxunub
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin ölkə əra­zisinə qanunsuz gəti­ril­məsinin qar­şı­sı­nın alınması istiqamətində tədbirlər davam etdirlir. DSX-dən Avtosfer.az-a verilən məlumata görə, 2018-ci ilin 6 noyabr tarixində saat 18:00 radələrində Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Biləsu­var” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublika­sından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşı 1987-ci il təvəllüdlü Jafari Abouzar Yousefin üzərinə sərhəd və gömrük baxışı keçirilib, ayaqqabısının içərisindən və daxili orqanlarından ümumi çəkisi 440 qram olan narkotik vasitə aşkar­la­na­raq götürülüb. Saxlanılan şəxs narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmasını etiraf edib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh