Şok kadrlar: narkobaronun anımında 5 nəfər güllələndi - VİDEO
Gündəm 8 Noyabr 2018 22:28 105 dəfə oxunub
Şok kadrlar: narkobaronun anımında 5 nəfər güllələndi - VİDEO
Məşhum narkobaronun qardaşlarının üçü də həbs olunublar

Meksikanın ən məşhur və qəddar narkobaronlarından olan Arturo Beltran-Leyvanın anım mərasimində faciə yaşanıb. Qəbristanlıqda dəfn mərasiminə yığışmış insanlara atəş açılıb, 5 nəfər həlak olub. Avtosfer.az milli.az-a istinadən bildirir ki, faciə Sinaloa ştatının paytaxtı Kulyakan-Rosalesdəki "Humaya bağları"nda yaşanıb. "Humaya bağları"nın cənubundakı qəbristanlığa iki offrouderdə yollanan qatillər anım mərasiminə yığışanları hədəfə alıblar. Həlak olanların hamısı Beltran-Leyvanın məzarı başında duranlardı. Arturo Beltran-Leyva üç qardaşı ilə birlikdə "Leyva" narkokartelinə başçılıq edirdi. "Leyva" Meksikanın şimal-qərbində narkotik maddələrin daşınması və satışı ilə məşğuldur. Bu kartel "El Çapo"nun karteli ilə "müttəfiq" idi. Lakin 2008-ci ildəki münaqişə nəticəsində onlar ayrılıblar. 48 yaşlı Arturo Bertran-Leyva 2009-cu ilin dekabrın 16-da, Meksikanın Hərbi-Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəsinin gerçəkləşdirdiyi əməliyyat zamanı atışmada həlak olub. Məşhum narkobaronun qardaşlarının üçü də həbs olunublar. 53 yaşlı Hektor Beltran-Leyva və 47 yaşlı Alfredo Bertran-Leyva 2014-cü ildə tutulublar. Karlos Beltran-Leyva isə 2017-ci ildə yaxalanıb. Üç qardaş ABŞ-a ekstradisiya olunmuşdular və indi Birləşmiş Ştatlardakı həbsxanalarda ömürlük cəza çəkirlər.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh