İlon Mask “Tesla” şirkəti Direktorlar Şurasının yeni sədrini təbrik edib
Gündəm 8 Noyabr 2018 23:45 94 dəfə oxunub
İlon Mask “Tesla” şirkəti Direktorlar Şurasının yeni sədrini təbrik edib
“Bu, böyük şərəfdir. Onunla çalışmağı çox arzulayıram”

“Tesla” və “SpaceX” şirkətlərinin banisi İlon Mask “Tesla”nın Direktorlar Şurasının sədri vəzifəsinə Robin Denholmun gətirilməsinə münasibət bildirib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, İ.Mask “Twitter”dəki səhifəsində şirkətin rəhbər heyətinə qoşulduğu üçün xanım Denholma təşəkkür etmək istədiyini bildirib: “Bu, böyük şərəfdir. Onunla çalışmağı çox arzulayıram”. Qeyd edək ki, Qiymətli Kağızlar və Mübadilə Komissiyası (Securities and Exchange Comission – SEC) ilə razılaşmaya əsasən, yaratdığı şirkətin Direktorlar Şurasının sədrliyindən gedən İlon Mask şirkətin səhmlərini satın alacağı barədə "Twitter"də yazdığı xəbərlərlə investorları çaşdırmaqda ittiham olunmuşdu. Komissiya onun sözügedən vəzifədən istefa verməsi və 20 milyon dollar cərimə ödəməsi müqabilində üzərindən bu ittihamı götürməyə razılaşmışdı.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh