İtlərin saxlanılması üçün torpaq Ramil Usubovun müraciəti əsasında ayrılıbmış - MƏHKƏMƏ
Gündəm 8 Noyabr 2018 22:02 82 dəfə oxunub
İtlərin saxlanılması üçün torpaq Ramil Usubovun müraciəti əsasında ayrılıbmış - MƏHKƏMƏ
Məhkəmə tərəflərə bir ay müddət verib

Xəzər Rayon Məhkəməsində Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Gülağa İslamovun rayon ərazisində 300-ə yaxın sahibsiz it saxlayan Eldar Mansurova qarşı iddia ərizəsi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə keçirilən prosesdə üçüncü tərəf kimi işə cəlb edilən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi çıxış edib. O, icra başçısı G.İslamovun iddiasını müdafiə etdiklərini deyib. Daha sonra E.Mansurov qeyd edib ki, daxili işlər naziri Ramil Usubov itlərin saxlanılması üçün torpaq ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edib. Nazirin müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verərək itlərin saxlanılması üçün Xəzər rayonu, Qala qəsəbəsində 30 sot torpaq ayırıb. Həmin sərəncam məhkəməyə təqdim edilib. Məhkəmə tərəflərə bir ay müddət verib. Həmin vaxt ərzində torpağa baxış keçiriləcək və tərəflərin razılığa gəlib-gəlməyəcəyi bəlli olacaq. Proses qeyri-müəyyən müddətə təxirə salınıb. Xatırladaq ki, Xəzər RİH-nin başçısı G.İslamov iddia ərizəsində qeyd edib ki, Mərdakan qəsəbəsində bir qrup şəxs İcra Hakimiyyətinə müraciət edərək E.Mansurov adlı şəxsin həmin qəsəbənin R.Cəfərov küçəsi, ev 2 ünvanında 300-ə yaxın sahibsiz it saxladığını bildiriblər.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh