Sərxoş və sənədsiz maşın sürənlər saxlanıldı – REYDDƏN VİDEO

Yol polisi 9 Fevral 2015 00:51 Oxunub 3823
Sərxoş və sənədsiz maşın sürənlər saxlanıldı – REYDDƏN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sabirabadda 100-dən çox avtomobil cərimə meydançasına aparılıb

Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Sabirabadda reydlər keçiriblər. Yol hərəkəti qaydalarını pozan, avtomobili sənədsiz idarə edən, avtomobillərin konstruksiyalarında dəyişikliklər, həmçinin sərxoş halda avtomobil idarə edib və avtoxuliqanlıq edən sürücülərə qarşı reydlər aparılıb. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etmək və sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkarlamaq olub. Rayonun əsas küçə və prospektlərində təşkil olunan reydlər zamanı sürücülük hüququ olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşdirilib. Həmçinin nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsi, sürət həddini aşma, ötmə qaydalarının pozulması və digər qayda pozuntuları da aşkarlanıb. Reyd zamanı polisin tələblərinə məhəl qoymayan, saxla əmrinə tabe olmayan sürücülərin  avtomobilləri cərimə meydançasına aparılaraq barələrində protokollar tərtib edilib. 100-dən çox avtomobil cərimə meydançasına aparılıb.

 

APA TV

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

ali 10 Noyabr 2014 22:55
bu sehifedi eee qulaq asirsan ses gedir