Yol polisi "Hər sürücüyə bir bayraq" aksiyası keçirdi - VİDEO

Yol polisi 8 Noyabr 2018 21:01 Oxunub 1083
Yol polisi "Hər sürücüyə bir bayraq" aksiyası keçirdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qeyri-adi aksiya gün boyu davam edib

İsmayıllı rayon yol polisi xidməti və rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə "Hər sürücüyə bir bayraq" aksiyası keçiriblər. Yollarda sürücülər saxlanılaraq onlara bayraq təqdim olunub. 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq İsmayıllı polisi qeyri-adi aksiya keçirib. Rayon Polis Şöbəsinin yol patrul xidmətinin və İsmayıllı rayon Gənclər və İdman idarəsinin əməkdaşlarının iştirakıilə "Hər sürücüyə bir bayraq" aksiyası keçirilib. Yol polisləri xidmət zamanı sürücüləri saxlayıb və onlara bayraqlar təqdim ediblər. Saxlanılan sürücülər də onlara belə bir gündə üçrəngli bayrağımızın təqdim edilməsinin yüksək qiymətləndiriblər. Qeyri-adi aksiya gün boyu davam edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh