İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsi belə oldu – FOTO

Qaydalar 9 Noyabr 2018 01:25 Oxunub 6132
İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsi belə oldu – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əsaslı şəkildə təmir olunmuş inzibati binanın və yeni tikilən korpusunun açılış mərasimi keçirilib

Daxili İşlər Nazirliyi İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinin əsaslı şəkildə təmir olunmuş binasının və yeni tikilən korpusunun açılış mərasimi keçirilib. Mərasimdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov və nazirliyin digər məsul əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edən nazir müavini O.Zalov bu münasibətlə məntəqənin əməkdaşlarını təbrik edib, onlara işlərində uğurlar arzulayıb. O, qeyd edib ki, Azərbaycanda hüquq-mühafizə orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi daim ölkə və DİN rəhbərliyinin diqqət mərkəzindədir. Bu sahədə həyata keçirilən tədbirlər daxili işlər orqanlarının işinin daha yaxşı təşkilinə geniş imkanlar açır. 
Tədbir iştirakçılarına məlumat verilib ki, məntəqədə yenidənqurma işlərindən əvvəl cəmi 17 kamera mövcud olub. Təmir işlərindən sonra kameraların sayı 46-ya çatdırılıb.Məntəqədə eyni anda 232 şəxsin saxlanılması üçün hər bir şərait yaradılıb. İnzibati həbs olunanların saxlanıldığı kameralar Avropa İnsan Haqqları Konvensiyasının tələblərinə uyğun olaraq yüksək səviyyədə təmir edilib. Burada yeni havalandırma sistemi quraşdırılıb, dustaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün kameraların hər bir televizorla təmin edilib. Eləcə də kameralardakı şəxslərin daim müşahidə altında saxlanılmasını təmin etmək məqsədi ilə yeni operator otağı da yaradılıb. Saxlanılan şəxslərin qidalanmasını keyfiyyətli şəkildə təmin etmək üçün yeni mətbəxt otağı tikilərək istifadəyə verilib, həmçinin binada mərkəzləşdirilmiş istilik, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb,azidə abadlıq işləri görülüb. İnzibati həbs olunan şəxslərin yaxın qohumları ilə görüşünü təşkil etmək məqsədi ilə məntəqədə  6 görüş otağı tikilərək istifadəyə verilib.
O, da nəzərə çatdırılıb ki, məntəqədə xidmət aparan polis əməkdaşlarının iş şəraiti yaxşılaşdırılıb, yeni xidməti və sinif otaqları, istirahət guşələri, eləcə də şəxsi heyətin fiziki hazırlığını yüksək səviyyədə saxlanlmasını təmin etmək üçün idman zalı tikilib.
Sonra mərasim iştirakçıları binada ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Prezident İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendə baxıblar. Həmçinin xidməti otaqlarda, inzibati həbs olunanların saxlanıldığı kameralarda yaradılan şəraitlə də tanış olublar. 

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh