Dünyada ilk - “Xəbərlər”i robot-aparıcı təqdim etdi - VİDEO

Texnologiya 9 Noyabr 2018 08:50 Oxunub 1467
Dünyada ilk - “Xəbərlər”i robot-aparıcı təqdim etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İngilis dilində xəbərlər buraxılışı robot-aparıcı tərəfindən təqdim ediləcək

Çində təşkil edilən Dünya İnternet Konfransında bir ilk yaşanıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Xinhua News” kanalının aparıcısı Zhanq Zhaoya bənzədilən robot xəbərlər proqramını təqdim edib. Robot-aparıcı özünü təqdim etdikdən sonra xəbərləri oxumağa başlayıb:  “Hamıya salam! Mən ingiliscə süni intellekt aparıcısıyam. Bu, mənim “Xinhua New” kanalında ilk günümdür Görünüşüm və səsim “Xinhua”nın əməkdaşı Zhang Zhaoya bənzədilib... Sizə yeni xəbərlər təqdim etmək üçün səbirsizlənirəm”. 

Qeyd edək ki, bundan sonra adıçəkilən kanalın ingilis dilində xəbərlər buraxılışı robot-aparıcı tərəfindən təqdim ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh