Balakəndə polis gənclərlə görüşüb - FOTOLAR

Yol polisi 9 Noyabr 2018 02:15 Oxunub 2177
Balakəndə polis gənclərlə görüşüb - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polkovnik Elnur Həsənov: “Narkomaniya bəşəriyyəti narahat edən ən qlobal problemlərdən biridir”

Balakən şəhər 2 saylı  tam orta məktəbdə Rayon Polis Şöbəsi rəhbərliyinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularındagörüş keçirilib.Tədbirdə polis əməkdaşları ilə yanaşı  rayon ağsaqqallar şurasının sədri,  Təhsil Şöbəsinin işçiləri, eləcə də məktəbin müəllimvə yuxarı sinif şagirdləri iştirak ediblər. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Elnur Həsənov “əsrin bəlası”na çevrilmiş narkomaniyanın bu gün bəşəriyyəti narahat edən ən qlobal problemlərdən biri olduğunu bildirib. O, narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının,o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. 
Dini radikalizmin fəsadlarından söz açan E.Həsənov ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlərdən danışıb. O, dini radikalizm, onun fəsadları və qarşısının alınması, cəmiyyətə vuracağızərər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib,bu mübarizədə cəmiyyətin dəstəyinin vacib rol oynadığını qeyd edib.İslamın mədəniyyətimiz, mental dəyərlərimizlə sıx bağlı olduğunu bildirən Şöbə rəisi  bu gün hər bir Azərbaycan vətəndaşının,xüsusilə də yeniyetmə və gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü söyləyib. 
Tədbirdə erkən nikahın fəsadları barəsində çıxış edənlər gələcək ailələrin sağlam təməllər üzərində qurulması üçün valideynlərin də bu məsələyə daha ciddi yanaşmalarının vacibliyini bildirib,erkən nikahların daha çox bilgisizlikdən,cəhalətdən irəli gəldiyini qeyd ediblər.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh