Goranboyda məktəblini avtomobil vurub
Qəzalar 9 Noyabr 2018 02:18 399 dəfə oxunub
Goranboyda məktəblini avtomobil vurub
Hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb

Goranboy rayonunda piyadanı avtomobil vurub. Hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. Kənd sakini, 2012-ci il təvəllüdlü Rzazadə Gülay Cəlal qızını avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada sürücü tərəfindən Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, G.Rzazadə 1-ci sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh