Avtobusda uşaqlara bayraq payladılar - FOTO
Gündəm 9 Noyabr 2018 15:13 219 dəfə oxunub
Avtobusda uşaqlara bayraq payladılar - FOTO
Zirədə "Bayraq günü" ilə bağlı aksiya

Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə ölkənin hər yerində tədbirlər keçirilir.
Avtosfer.az xəbər verir ki, Bayraq günü münasibəti ilə Bakının Zirə kəndində gözəl bir aksiya keçirilib. Zirə bələdiyyəsinin sədri Anar Hüseynlinin Avtosfer.az-a verdiyi məlumata əsasən, bu gün Zirə-Mərdəkan marşrutu üzrə hərəkət edən 152 nömrəli marşrutda bayraq günü ilə əlaqədar olaraq kiçik azyaşlı uşaq sərnişinlərə bayraqlar verilmiş və bu gün münasibəti ilə onları təbrik etmişlər.
Qeyd edək ki, 152 nömrəli marşurut xətti Zirə bələdiyyəsi tərəfindən yaradılmış ilk bələdiyyə avtobusudur.

Təbriz

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh