Avtomobil partladıldı: 3 ölü, 9 yaralı
Gündəm 9 Noyabr 2018 15:35 44 dəfə oxunub
Avtomobil partladıldı: 3 ölü, 9 yaralı
Hadisə qurbanları barədə məlumatlar bir-birindən fərqlənir

İraqın Mosul şəhərində partlayış nəticəsində azı 3 nəfər ölüb, daha 9 nəfər yaralanıb. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Al-Sumaria" telekanalı məlumat yayıb. Bildirilir ki, partlayıcı qurğu şəhərdəki "Abu Layla" restoranı yaxınlığında park edilmiş avtomobildə işə salınıb. Hadisə qurbanları barədə məlumatlar bir-birindən fərqlənir."Iraqi News" İraqın Təhlükəsizlik Xidmətinə istinadən yaydığı məlumatda, 2 nəfərin öldüyünü, 11-nin isə yaralandığını bildirir. Eyni zamanda"Reuters" Mosulun tibb xidmətinə istinadən 5 nəfərin öldüyünü, daha 14-nün isə yaralandığını xəbər verir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh