Qusar-Əniğ-Ləzə avtomobil yolunun yenidən qurulması yekunlaşır – FOTO + VİDEO
Gündəm 9 Noyabr 2018 16:05 43 dəfə oxunub
Qusar-Əniğ-Ləzə avtomobil yolunun yenidən qurulması yekunlaşır – FOTO + VİDEO
Hərəkətin normal təşkili üçün 1350 siqnal dirəyi, 148 yol nişanı və 28 km göstəricisi quraşdırılacaq

Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq vətəndaşların sosial rifah halına müsbət təsir edən kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxaran yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyi tərəfindən bu dəfə Qusar rayonu, Qusar-Əniğ-Ləzə avtomobil yolunun yenidən qurulması işləri aparılaraq yekunlaşdırılır. Qusar rayonu, Qusar-Əniğ-Ləzə avtomobil yolunun uzunluğu 28 km-dir. Avtomobil yolu üçüncü texniki dərəcəyə uyğun yenidən qurulur. Bunun üçün mövcud asfalt-beton örtüyü frez maşını ilə profilə salınıb, yolun torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb, qazılmış hissələr karxana çınqılı ilə yenidən tikilib. Daha sonra əsasın üst layının tikintisi üçün 16 sm qalınlıqda optimal-çınqıl qarışığından istifadə olunub. Torpaq işləri ümumi olaraq 80 min kv.m ərazini əhatə edib.

Bundan başqa yol boyu yararsız vəziyyətə düşmüş suötürücü borular yenisi ilə əvəz olunub. Bunun üçün 168 paqon-metr uzunluğunda müxtəlif diametrli suötürücü dəmir-beton boruların quraşdırılması işləri aparılıb. Yolda torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri də həyata keçirilib. Yol əsası hazır olan kimi asfaltlanma işlərinə başlanılıb. Əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 sm hündürlüyündə yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri 200 min kv.m-dən çox ərazidə aparılaraq yekunlaşdırılır.    Vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün zəruri olan ərazilərdə 17 min kv.m sahədə piyada səkilərinin tikintisi işləri görülüb.Səkilərin kənarlarına 10 min p-metrdən çox yeni səki daşları düzülüb, yol üzərində olan kanalizasiya quyuları layihə hündürlüyünə qaldırılıb.

ANAR NƏCƏFLİ - AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi

Hazırlanmış layihəyə uyğun olaraq yol boyu 5 avtobus dayanacağı inşa ediləcək, 211 işıq dirəyi quraşdırılacaq, yol boyu dəmir-beton qoruyucu bloklar düzüləcək. Bundan başqa hərəkətin normal təşkili üçün 1350 siqnal dirəyi, 148 yol nişanı və 28 km göstəricisi quraşdırılacaq, 80 km-dən artıq yolcızgi və yolgöstərici xətlər çəkiləcək. Ümumilikdə 7 kəndi birləşdirən və turistlərin Şahdağ qış-yay turizm kompleksinə gediş-gəlişi daha da rahatlaşdıracaq bu avtomobil yolunda yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Namiq

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh