İki bacını avtomobillə vuran sürücünün şikayəti əsasında məhkəmə başlayıb
Gündəm 9 Noyabr 2018 16:15 49 dəfə oxunub
İki bacını avtomobillə vuran sürücünün şikayəti əsasında məhkəmə başlayıb
Məhkəmənin növbəti iclası noyabrın 14-nə təyin edilib

Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən Yaqub Balaqardaşov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası noyabrın 14-nə təyin edilib. Qeyd edək ki, hadisə Xəzər rayonunda baş verib. Y.Balaqardaşov idarə etdiyi avtomobili ilə yolu keçmək istəyən 2 bacı - 1970-ci il təvəllüdlü Gülnarə Əlipənahova və 1958-ci il təvəllüdlü Nənəgül Babayevanı vurub. Hadisə nəticəsində xəsarət alan hər iki qadın xəstəxanaya yerləşdirilsələr də, G.Əlipənahova orada dünyasını dəyişib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Balaqardaşov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh