Evə basqın edən şəxslərə hökm oxunub
Gündəm 9 Noyabr 2018 16:19 39 dəfə oxunub
Evə basqın edən şəxslərə hökm oxunub
Məhkəmənin hökmü ilə şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda evə basqın etməkdə təqsirləndirilən Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, bu il aprelin 20-də Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs, onu və arvadı Məsməxanım Ağayevanı bıçaq və dəyənəklə hədələyib pul və qızıl əşyalar vermələrini tələb ediblər. Onlar istədiklərinə nail ola bilmədiklərindən N.Ağayevi döyüb və ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk ediblər. Sabunçu rayon Polis idarəsinin 42-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri - əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıblar.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh
Subhan | 9 Noyabr 2018 16:28
Herraca cixarilan avtomobiller hagginda nece melumat ala bilerem ve yaxutda hardan ala bilerem