Vəzifəli şəxs avtomobilini gölə aşıraraq ölüb - Qusarda
Qəzalar 9 Noyabr 2018 16:33 108 dəfə oxunub
Vəzifəli şəxs avtomobilini gölə aşıraraq ölüb - Qusarda
Faktla bağlı araşdırma aparılır

Qusar rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə Qusar-Həzrə yolunun 16-cı kilometrliyində, rayonun Yasab kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Həzrə kənd sakini Vəlixan Vəlixanov idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı gölə aşırıb. Nəticədə avtomobilin sürücü V.Vəlixanov suda boğularaq ölüb. Avtomobildə olan daha 3 sərnişin xəstəxanaya çatdırılıb. Qeyd edək ki, V.Vəlixanov Qusar Rayon İcra Hakimiyyətinin Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir. Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh