“Xaliq Faiqoğlu” MMC sərnişinərinə bayraq hədiyyə etdi - FOTO
Gündəm 9 Noyabr 2018 18:29 142 dəfə oxunub
“Xaliq Faiqoğlu” MMC sərnişinərinə bayraq hədiyyə etdi - FOTO
Sərnişinlər göstərilən diqqətə görə “Xaliq Faiqoğlu” MMC-yə təşəkkür ediblər

“Xaliq Faiqoğlu” MMC 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar aksiya keçirib. Belə ki, şirkətin əməkdaşlarından ibarət mobil qruplar 18, 61, 65 və 85 saylı marşrut xətləri üzrə hərəkət edən avtobusarda 200-dən çox sərnişinə masaüstü istifadə üçün nəzərdə tutulmuş bayraqlar hədiyyə edib. Aksiya vaxtı şirkət əməkdaşları sərnişinlərlə söhbət edərək onların irad və təkliflərini yerindəcə dinləyiblər.

 

Sərnişinlər göstərilən diqqətə görə “Xaliq Faiqoğlu” MMC-yə təşəkkür ediblər.

 

“Xaliq Faiqoğlu” şirkəti Azəbaycan xalqını Dövlət Bayrağı günü münasibətilə təbrik edir, üçrəngli bayrağımızın ən yaxın zamanda tamamilə işğaldan azad edilmiş Qarabağ torpaqlarında dalğalanmasını arzu edir.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh