Bu velosipedin 3 təkəri, 3 oturacağı və 2 sükanı var - VİDEO

Texnologiya 9 Noyabr 2018 21:03 Oxunub 1795
Bu velosipedin 3 təkəri, 3 oturacağı və 2 sükanı var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Goranboylu yeniyetmələr qeyri-adi əl işinə 150 manata yaxın xərc çəkib

Goranboylu orta məktəb şagirdləri qeyri-adi velosiped düzəldib. 3 nəfərin əyləşdiyi, 2 nəfərin idarə edə biləcəyi velosipedi 1 aya ərsəyə gətiriblər. Məktəblilərin hazırladığı velosipedə əftardakılarn marağı da böyükdür. 3 təkəri, 3 oturacağı və 2 sükanı var. Uzunluğu 3 metrdən çox olan bu qeyri-adi velosipediorta məktəb şagirdləri düzəldib. Goranboyda yaşayan dostlar dəmir parçları, velosoped hissələrini toplayaraq maraqlı əl işi hazırlayıblar. 15 yaşlı Nəbi Nəbiyev dostu Nicat Novruzovla birgə 3 nəfərin rahat əyləşdiyi, 2 nəfərin idarə edə biləcəyi velosepedi 1 aya ərsəyə gətiriblər. 3 nəfərin rahat əyləşdiyi minik vasitəsində 2 zəncir quraşdırlıb ki, onu biri digərinə nisbətən daha uzundur. 4 pedalla idarə olunan velsiped dönən zaman hər hansı çətinlik yaratmır. Məktəblilərin hazırladığı minik vasitəsinə rayonda maraq böyükdür. Hərkəs həmin velosipedi sürmək,onunla şəkil çəkdirmək istəyir. Goranboylu yeniyetmələr qeyri-adi əl işinə 150 manata yaxın xərc çəkib. Onlar gələcəkdə velsopedə daha bir oturacaq quraşdırıb 4 nəfərin rahat əyləşməsini təmin edəcəklər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh