Möcüzə buna deyirlər: İki tramvay arasında qaldı, amma… - FOTO
Qəzalar 9 Noyabr 2018 22:48 77 dəfə oxunub
Möcüzə buna deyirlər: İki tramvay arasında qaldı, amma… - FOTO
Xoşbəxtlikdən sağ qalan Ünlünün həyatı üçün təhlükənin olmadığı bildirilir

İstanbulda inanılmaz bir hadisə yaşanıb. Avtosfer.az xəbər verir ki, şəhərin Sultanqazi rayonunda iki tramvay relslərin üzərində təmizlik işləri görən İsmayıl Ünlü (44) adlı vətəndaşı vurub. Hadisə ötən gün günorta saatlarında baş verib. Relslərin arasındakı boşluqda dayanan Ünlünü Topqapı-Məscid-i Salam istiqamətindən gələn tramvay vuraraq digər relslərin üzərinə atıb. Bu anda isə onu digər istiqamətdən gələn tramvay vurub. Xoşbəxtlikdən sağ qalan Ünlünün həyatı üçün təhlükənin olmadığı, lakin bədənin müxtəlif hissələrində sınıqların olduğu bildirilir. (publika.az)

ŞƏRH YAZ
Ad
E-mail
Şərh