İki maşın toqquşdu: 3 nəfər yaralanıb - Hacıqabulda
Qəzalar 9 Noyabr 2018 20:21 68 dəfə oxunub
İki maşın toqquşdu: 3 nəfər yaralanıb - Hacıqabulda
Faktla bağlı araşdırma aparılır

Hacıqabul rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İki "Kia" markalı minik avtomobilinin toqquşması nəticəsində maşınlarda olan sərnişinlər - 1971-ci il təvəllüdlü Qaradağ rayonu sakini Həsənova Hicran Aydın qızı, 1992-ci il təvəllüdlü Şirvan şəhər sakini Mustafayeva Aysel Tahir qızı və 2008-ci il təvəllüdlü Bakı şəhər sakini Ağayev Elcan Elvin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh